AZ

Regionda baş verən son hadisələrlə bağlı Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib

İstanbul, 14 iyun, Günel Karatepe, AZƏRTAC

İsraillə İran arasında artan gərginliklə bağlı Türkiyənin Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantı ilə bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Məlumata əsasən, iclasda İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində yaranmış vəziyyət bütün aspektləri ilə müzakirə olunub. Regionda baş verən hadisələr, o cümlədən qarşıdurmaların dayandırılması istiqamətində göstərilən diplomatik səylər, gərginliyin qlobal və regional təhlükəsizliyə təsirləri, bununla bağlı görülə biləcək tədbirlər, eləcə də Türkiyənin ehtimal olunan ssenarilərə uyğun hazırlığı dəyərləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Ömer Çelik iştirak ediblər.

Seçilən
6
1
azertag.az

2Mənbələr