Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif İsrailin İrana hücumlarından sonra müsəlman ölkələrini birləşməyə çağırıb.
Pakistan Milli Məclisində çıxışında İsrailin İran, Yəmən və Fələstini hədəf aldığını deyən Asif xəbərdarlıq edib ki, müsəlman ölkələri indi birləşməsə, onların da hər biri eyni aqibəti yaşayacaq.
İslam Əməkdaşlıq Təşkilatını (İƏT) təcili iclas kçirməyə çağıran Asif bildirib ki, ortaq strategiya hazırlamalıdır.
Pakistanın İranla dərin əlaqələri olduğunu bildirən nazir, İranın yanında olduqlarını və hər beynəlxalq platformada onun maraqlarını dəstəkləyəcəklərini deyib.
TAHİR