ain.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çiro İmmobile İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, "Corriere dello Sport"un məlumatına görə, “Fiorentina” Moyze Kin komandanı tərk edəcəyi halda hücumçu axtarışındadır. Hazırda “Beşiktaş”da çıxış edən İmmobile əsas namizəd kimi nəzərdən keçirilir, lakin alternativlər də var: Edin Ceko(azad agent), Fotis İoannidis (“Panatinaikos”) və Kristian Şpendi (“Çezena”).
“Fiorentina”ya İmmobile ilə bağlı rəqabət aparacaq klub isə “Milan”dır. Futbolçunun agenti son günlərdə “rossoneri”nin bazasını ziyarət edib.
Bildirilib ki, “bənövşələr”, milanlılardan əvvəl hərəkətə keçmək üçün 35 yaşlı hücumçuya artıq iki illik müqavilə təklif ediblər.
Qeyd edək ki, 2024/25 mövsümündə İmmobile Türkiyə çempionatında 15 qol vuraraq klubun bombardiri olub.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.