AZ

Azərbaycan güləşçiləri U-17 Avropa çempionatına 3 medalla start veriblər

Azərbaycanın sərbəst güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatına 3 medalla start veriblər.

BAKU.WS xəbər verir ki, bu gün 5 çəkidə qaliblər müəyyənləşib.

Rəvan Həsənzadə (48 kq) finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşıb. Rəqibinə 4:0 hesabıyla qalib gələn Rəvan Avropa çempionu olub.

Ruslan Əlizadə (55 kq) həlledici görüşdə rusiyalı Maxaç Abdullayevlə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimalhesablı (3:2) qələbə qazanan Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tunar Nəsibov (65 kq) təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladzeni "tuş"la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada türkiyəli İsmayıl Mertkolluya 2:4 hesabıyla məğlub olub.

Hakim Tağıyev (110 kq) bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhasdan güclü olub – 2:0.

Beləliklə, millimiz yarışın bitməsinə bir gün qalmış 2 qızıl və 1 bürünc medal qazanmaqla çempionluq yolunda inamlı addım atıb.

Seçilən
19
20
far.az

10Mənbələr