Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, tərəflər İsrail-İran münaqişəsini, regional və qlobal məsələləri müzakirə edib.

Məlumata əsasən, Ərdoğan İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.

Leqal.info