AZ

Tyaqo Alkantara Barselona ya qayıda bilər

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona" və İspaniya millisinin sabiq futbolçusu Tyaqo Alkantara Kataloniya klubuna qayıda bilər. 

QOL.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Klubun yeni baş məşqçisi Hans-Diter Flik işə başladığı andan etibarən Alkantaranı məşqçi heyətinə cəlb etmək istəyib. Tyaqo baş məşqçi ilə futbolçular arasında körpü rolunu oynaya bilər. 

Hazırda Alkantara Fliklə əməkdaşlığa razıdır və tərəflər əməkdaşlığın detalları üzərində danışıqlar aparırlar. Hələlik Tyaqonun hansı vəzifədə çalışacağı bəlli deyil.

Qeyd edək ki, Alkantara 2004-2013-cü illərdə "Barselona"da çıxış edib. O, ötən mövsümün əvvəlində qısa müddətdə məşqçi təcrübəsi yığmaq üçün komandaya qayıtmışdı. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
2
qol.az

3Mənbələr