AZ

Bakıda mağazanı qarət edən qadınlar SAXLANILDI

Bakının Binəqədi rayonunda mağazadan 1000 manat oğurlanıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, rayonun 28 May qəsəbəsi ərazisində yerləşən mağazanın icarədarı polisə müraciət edərək oradan 1000 manatın oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 52 yaşlı S.Əlipaşayeva, 61 Z.Bayramova və 44 yaşlı C.Yusifov saxlanılıblar.
Rayon ərazisindəki avtomobil təmiri sexindən 500 manat dəyərində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 45 yaşlı P.Allahverdiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

Seçilən
15
3
avtosfer.az

4Mənbələr