AZ

“Ya övladlarımın yanına ABŞ a köçməliyəm, ya da yaşlı valideynlərimi və vətənimi seçməliyəm NURA SEÇİM QARŞISINDA

Shownews saytından alınan məlumata görə, ain.az bildirir.

Bu il məzun olanlar sırasında müğənni Nura Surinin oğlu David də yer alıb.

Axşam.az xəbər verir ki, bu barədə sosial media hesabında yazan ifaçı hazırda övladlarına görə Amerikaya köçməklə Azərbaycanda qalmaq arasında seçim etməli olduğunu vurğulayıb:

"Oğlum David bu gün məktəbi bitirdi və mən ilk dəfədir ki, məktəbli anası olmadığımı hiss etdim. 18 yaşımda ailə qurub, 19 yaşımda ana olmuşam. Ali təhsilimi bu səbəbdən bitirə bilməmişəm. Mən ilk dəfə xoşbəxtliyin nə olduğunu ana olduğum gün anlamışam. Başqa insan üçün yaşamağı, sevinməyi, kədərlənməyi, sevməyi ana olanda anlamışam. Övladlarım üçün həyatımı da qurban verərəm.

David məktəbli idi, deyə hələ də dərk etmirdim, uşaqlarımın böyüdüyünü dərk etmək istəmirdim. Mən də onlarla birgə böyüdüm, yaşa doldum. İki övladım məndən uzaqda Amerikada yaşayır. Davidim də təhsil almağa gedəcək. Mən ya onunla getməliyəm, ya da tək qalmağı seçməliyəm. Mənim üçün çox çətin bir dövr başlayır. Seçim etməliyəm. Ya övladlarımın yanına köçməliyəm, ya da yaşlı valideynlərimi və vətənimi seçməliyəm".

Qeyd edək ki, Nuranın 3 oğul övladı var. Onun böyük oğlu ailəlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
10
icma.az

10Mənbələr