"İsrail ehtimalla İran elitasında, İran ictimaiyyətinin müxtəlif seqmentlərindən ibarət kəşfiyyat şəbəkəsi yaratmağa nail olub, koordinatların dəqiq seçilməsi də bu varianta inamı artırır. İran isə İsraillə qarşıdurmada hərbi arsenalına qoşun sayına güvənirdi. Ancaq İsrail müharibə qaydalarını fərqli tərtib edir. İsrailin İrana qarşı savaşı hərbi əməliyyatdan çox misli görünməmiş kəşfiyyat əməliyyatı kimi etiketlənə bilər".
Musavat.com bildirir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Siyasi təhlilçinin fikrincə, İsrail bu savaşda qalib görünür:
"İsrail minimum itkilərlə İranı İranın müdafiə və hücum qabiliyyətini sarsıtdı, İranı əlində olan silah arsenalını lazımı şəkildə buraxa bilmək potensialından məhrum etdi.
Hərçənd toqquşmaların davam edəcəyi təqdirdə, İranın ehtiyat variantlardan istifadə edəcəyi ehtimalları az deyil və bu planın nədən ibarət olduğu çox az bəllidir.
Hər bir halda, İsrail bu savaşda qalib görünür, İran isə dərin bir uçurumdan çıxmağa çalışan dövlət kimi yadda qalır.
Əgər İsrailin uğurları davamlı olacaqsa, bu, İranın daxilindəki vəziyyətin tənzimlənməsi baxımından bir neçə məsələni aydınlaşdıraq.
Təxminən yarım əsrdən bir İranın ictimai- siyasi mühitində ciddi dəyişikliklər olduğunu nəzərə alaraq bu versiyaları irəli sürmək olar:
-Seyid Əli Xamenei İsrail-ABŞ müttəfiqliyinin çalarlarını ehtiva edən elita formalaşdıra bilər,
-Seyid Əli Xamenei devrilərək onun yerinə xarici güc maraqlarını təmsil edən qüvvələr gətirilə bilər,
-Bu iki variantı hibrid model kimi birləşdirərək İranda fomasiya dəyişikliyi qaçılmaz olacaq".
Aqşin Kərimov həmçinin qeyd edib ki,
İsrailin İrana qarşı əvvəlkilərdən daha böyük, daha strateji zərbələr vurması Yaxın Şərqi, Cənubi Qafqazı da yenidən nizamlayacaq və bu məsələ Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin strateji uyğunlaşma prioritetlərini yenidən kalibrləşdirəcək:
"Proseslər Yaxın Şərqdə boşluqda olan İranın Cənubi Qafqazdakı siyasətində əhəmiyyətli dəyişikliklər yaradacaq. Zəngəzur dəhlizi məsələsində olan-qalan əks təsirlərini itirən İran üçün indi Azərbaycan həmişəkindən daha çox lazımdır".
Xalidə Gəray
Musavat.com