Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Lavrov Əraqçi ilə söhbətində Rusiyanın İsrailin İrana qarşı BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq həyata keçirdiyi hərbi əməliyyatı pislədiyini söyləyib.

Rusiya XİN rəhbəri İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması, o cümlədən İran və İsrail arasında münaqişənin deeskalasiyası üçün səylərə yardım göstərməyə davam etməyə hazır olduğunu təsdiqləyib.

Leqal.info