Bakıda akrobatika gimnastikası üzrə Dünya Kuboku davam edir.
Hafta.az xəbər verir ki, ikinci yarış günündə təsnifat mərhələsinin yarışları keçirilib.
Qadın cütlükləri, kişi və qadın qrupları temp, kişi və qarışıq cütlüklər isə balans hərəkətlərində qüvvələrini sınayıblar.
Azərbaycan təmsilçilərindən Zəhra Bəşirova, Nəzrin Zeyniyeva, Anahita Bəşiridən ibarət qadın qrupu, Sabir Ağayevlə Milana Əliyevadan ibarət qarışıq cütlük, Daniel Abbasovla Murad Rəfiyevdən ibarət kişi cütlüyü, Abdulla Əl-Maşaxi, Seymur Cəfərov, Riad Səfərov, Rəsul Seyidlidən ibarət kişi qrupu yüksək nəticə göstərərək final mərhələsinə yüksəliblər.
Həlledici yarışlar iyunun 15-də gerçəkləşəcək.
Qeyd edək ki, turnirdə yeddi ölkədən - Azərbaycan, Çin, Almaniya, Ukrayna, Qazaxıstan, Hindistan və Özbəkistandan 63 idmançı medallar uğrunda mübarizə aparır.