AZ

Ərdoğan Pezeşkianla danışdı: İsraillə bağlı mesajlarını çatdırdı

Prezident Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Turkustan.az
xəbər verir ki, görüş zamanı İsrail-İran münaqişəsi, regional və qlobal problemlər müzakirə olunub.
Ərdoğan İsrailin İrana hücumlarını ən sərt şəkildə qınadığını və həlak olanlara görə İran xalqına başsağlığı verdiyini bildirib.
İsrailin hücumlarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu, məqsədinin bütün bölgəni alovun içinə çəkmək olduğunu, Netanyahunun bu hücumlarla nüvə danışıqları prosesini sabotaj etməyə cəhd etdiyini deyib.
Ərdoğan Türkiyənin Natanzdakı obyektdə nüvə sızması ehtimalı ilə bağlı hadisələri yaxından izlədiyini və nüvə mübahisəsinin yeganə həllinin diplomatik proseslər olduğunu bildirib.

Mübariz/Turkustan.az

Seçilən
27
turkustan.az

1Mənbələr