Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığında təsdiqləyib ki, Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov açıqlayıb.
Diplomatın sözlərinə görə, dövlət başçılarının söhbəti 50 dəqiqə davam edib: "Rusiya tərəfi razılaşdırıldığı kimi, iyunun 22-dən sonra ukraynalılarla danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Donald Tramp bu məlumatı nəzərə alıb və bir daha Rusiya-Ukrayna münaqişəsinə tezliklə son qoyulmasında maraqlı olduğunu qeyd edib".
Rusiya lideri həmçinin söhbətində İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib. Rusiya lideri münaqişənin mümkün gərginləşməsindən ciddi narahatlığını bildirib və İsraillə İran arasında vasitəçilik etməyi təklif edib.
Ağarza Elçinoğlu