AZ

Ərdoğan Suriyanın regional münaqişədən kənarda qalmasının vacib olduğunu deyib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə telefon danışığında deyib ki, Dəməşqin regiondakı mövcud münaqişə vəziyyətindən kənarda qalması lazımdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının verdiyi məlumatda bildirilib.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya prezidenti Əhməd əl-Şaraa ilə telefon danışığı baş tutub. İsrail və İran arasındakı münaqişə, eləcə də regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan İsrailin təhrik etdiyi zorakılıq spiralının regionumuzu təhdid etdiyini və Suriyanın bu münaqişə vəziyyətindən kənarda qalmasının vacib olduğunu bildirib", - deyə məlumatda qeyd edilib.

Prezident Ərdoğan həmçinin bildirib ki, “İsrail təcavüzünün yaratdığı indiki şəraitdə terror təşkilatları və radikal ünsürlərlə bağlı məsələlərə daha çox diqqət yetirmək lazımdır”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
bizimyol.info

1Mənbələr