Bakı. Trend:
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldəetməkdə şübhəli bilinən rayon sakini İlham Əsgərov saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, araşdırmalarla şəxsinrayon ərazisindəki meşəlik ərazidə odlu silah gizlətməsi məlumolub.
Əraziyə baxış zamanı oradan bir ədəd "AKMS" markalı avtomat,həmin silaha aid bir ədəd daraq və 15 ədəd patron aşkarlanaraqgötürülüb.
Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbirnəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqdaşübhəli bilinən Coşqun Məmliyev saxlanılıb. Onun üzərinə baxışzamanı narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırma davam etdirilir.