ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu (FTB) Minnesota qanunverici orqanının üzvlərinə hücumun səbəblərini araşdırır.
Musavat.com xəbər verir ki, bu məlumat ABŞ prezidenti Donald Trampın yazılı bəyanatında yer alıb
Onun sözlərinə görə, baş verənlər “ştat qanunvericilərinə qarşı məqsədyönlü hücum kimi görünür. Tramp bildirib ki, ABŞ Ədliyyə Nazirliyi və FTB təhqiqat aparır və "qanun çərçivəsində bütün əli olanları" cəzalandırmaq niyyətindədir. Trampın sözlərinə görə, “ABŞ-da belə dəhşətli zorakılığa yol verilməyəcək”.
Bundan əvvəl Minnesota qanunverici orqanının aşağı palatasının üzvü, demokrat Melissa Hortman və onun əri öz evində güllələnib. Adı çəkilən qanunverici orqanın yuxarı palatasının üzvü demokrat Con Hoffman və həyat yoldaşı güllə yarası alıb. Səlahiyyətlilər şübhəli şəxsi axtarır.
Musavat.com