AZ

"Əl-Hilal"la üçillik müqavilə imzaladı

Simone İnzaqi "İnter"in baş məşqçisi vəzifəsini tərk edib.

O, çərşənbə axşamı klub rəhbərliyi ilə görüşdən sonra ayrılıq qərarını verib. İtaliyalı mütəxəssis "Əl-Hilal"la üçillik müqavilə bağlayıb. Simonenin Səudiyyə Ərəbistanında ümumilikdə 78 milyon avro qazanacağı məlum olub.

Xatırladaq ki, "İnter" İnzaqinin rəhbərliyi altında 2023/24 mövsümündə İtaliya çempionu olub, Çempionlar Liqasının finalında 2023-cü ildə "Mançester Siti"yə, mayın 31-də isə PSJ-yə uduzub.

Seçilən
40
1
football-plus.az

2Mənbələr