AZ

“Omar” kuboku uğrunda konkur yarışları keçirilmişdir Video

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki ,“A*” kateqoriyası üzrə 90-100 sm və “M*” kateqoriyası üzrə 115-125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından olan idmançılar iştirak etmişdir. Bu kateqoriyalar üzrə 20 yaşadək idmançılar yaş məhdudiyyəti olmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək atlarla mübarizə aparmışlar. 25 idmançının iştirak etdiyi “A*” kateqoriyası üzrə keçirilən yarışda “Sərhədçi” atçılıq klubunun təmsilçisi Qəzənfər Fərzəliyev “Əsanə” ləqəbli atla birinci, eyni atçılıq klubunun digər təmsilçisi Gülay Fərzəliyeva “Nabab de Belou” ləqəbli atla ikinci, Elite” klubunun təmsilçisi Əhəd Məmmədov “Walonka” ləqəbli atla üçüncü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Kasparina” ləqəbli atla dördüncü və “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi”nin təmsilçisi Emin Rzayev “Barat” ləqəbli atla beşinci yerin sahibi olmuşdur. “M*” kateqoriyası üzrə yaş məhdudiyyəti olmadan 12 idmançının mübarizə apardığı yarışda “Buta Golden” atçılıq klubunun təmsilçisi Eqor Morotski “Astrello” ləqəbli atla birinci, “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov “Savalan” ləqəbli atla üçüncü, “Gilan” atçılıq klubunun təmsilçisi Elmar Abdullayev “Xəzər” ləqəbli atla dördüncü, “Elite” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva “Zirvə 2” ləqəbli atla beşinci yerin sahibi olmuşdur. Sonda hər iki kateqoriya üzrə birinci yerin sahiblərinə “Omar” kuboku, ikinci və üçüncü yerin sahiblərinə medal, dördüncü və beşinci yerin sahiblərinə isə Azərbaycan Respublikası Atçılıq Federasiyasının diplomları və pul mükafatları təqdim edilmişdir. AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
3
azvision.az

4Mənbələr