Bu ilin yanvar-may aylarında Azərbaycan (Naxçıvan Muxtar Respublikası) Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,273 milyon ABŞ dolları dəyərində quru meyvə idxal edib.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 38,7 % ç
oxdur.
Hesabat dövründə bölgədən digər xarici ölkələrə ümumilikdə 151,602 milyon ABŞ dollarlıq quru meyvə ixrac edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.
5 ayda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük (83,683 milyon ABŞ dolları; illik müqayisədə 35 % çox) quru meyvə ixracı Avropa İttifaqı ölkələrinə həyata keçirilib. Onu Amerika qitəsi (22,108 milyon ABŞ dolları; illik müqayisədə 10,6 % çox) və türkdilli ölkələr (15,046 milyon ABŞ dolları; 36,9 % çox) izləyib.