AZ

Millimiz sonuncu pillədə - Qızıl Avropa Liqası

Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasında çıxışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, bu gün Xorvatiyanın Zadar şəhərində komandamız turnirdə son oyununa çıxıb.

Rəqib Rumıniya yığması olub. Görüş rumıniyalıların üstünlüyü ilə keçib. Hər 3 setdə uduzun millimiz Avropa Qızıl Liqasını xalsız başa vurub. 6 oyunda yığmamızın gücü cəmi iki set qazanmağa çatıb.

Faiq Qarayevin yetirmələri Avropa Qızıl Liqasında sonuncu pillədə başa vurublar.

Qızıl Avropa Liqası
6-cı tur
Rumıniya - Azərbaycan 3:0 (25:14, 25:10, 25:17)

14 iyun. Zadar, “Kresimir Cosic Sports Hall”

Seçilən
7
2
football-plus.az

3Mənbələr