AZ

117 nömrəli məktəbin məzunlarının "Xudayar təsnifi" ilə "Son zəng"i -Video-Foto


İyunun 14-də Bakı şəhəri Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirilib.

117 nömrəli məktəbin məzunlarının "Xudayar təsnifi" ilə "Son zəng"i -Video-Foto

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən məktəbin direktor v.i.e Ülkər Hüseynova bu günün XI sinif şagirdlərinin həyatında qürurverici günlərdən biri olduğunu deyib. Ü. Hüseynova vurğulayıb ki, "Son zəng" gününü qalib, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları kimi qeyd edirik.Məzunlara uğurlar arzulayıb və müstəqil həyatda yollarının açıq olmasını diləyib. Daha sonra çıxış edən qonaqlar "Son zəng" münasibətilə bütün məzunları təbrik ediblər .
Çıxışlar zamanı qeyd ediblər ki, məzunlar öz həyatlarında yeni bir mərhələyə qədəm qoyurlar.

117 nömrəli məktəbin məzunlarının "Xudayar təsnifi" ilə "Son zəng"i -Video-Foto

Daha sonra məzunlar hazırladıqları bədi hissəni nümayiş etdiriblər. Rəsul Mahmudovun rəhbəri olduğu 11 B sinifin məzunları isə şəhidimiz Xudayar Yüsifzadənin "Vətən yaxşıdır" Xudayar təsnifini sədaları ilə çıxış edərək Azərbaycan adlı ananın övladları olduğunu vurğulayıblar.

117 nömrəli məktəbin məzunlarının "Xudayar təsnifi" ilə "Son zəng"i -Video-Foto

117 nömrəli məktəbin məzunlarının "Xudayar təsnifi" ilə "Son zəng"i -Video-Foto

Daha sonra valideynlər, XI və I siniflərin şagirdləri çıxış ediblər.
Tədbir bədii hissə ilə davam etdirilib və ənənəvi olaraq "Son zəng" çalınıb.


XALQ

Seçilən
21
5
gender.az

6Mənbələr