AZ

Ərdoğan Şəriflə telefonla danışdı

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.

Referans xəbər verir ki, bu barədə məlumatı Prezidentin İctimaiyyətlə Əlaqələr İdarəsi sosial media hesabında yayıb.

Danışıq zamanı Prezident Ərdoğan İsrailin İrana qarşı hücumlarının qəbuledilməz olduğunu bildirib. Onun sözlərinə görə, bu hücumlar regionun təhlükəsizliyinə ciddi zərər vurur və İsrail qlobal səviyyədə sabitliyi təhdid edir.

Ərdoğan həmçinin vurğulayıb ki, bu hücumlar İranın nüvə proqramı ilə bağlı davam edən uzlaşma səylərini də pozur./Globalinfo.az  

Seçilən
37
referans.az

1Mənbələr