Makiyajın gün ərzində pozulmaması və təzə görünməsi hər bir qadının arzusudur. Bunun üçün düzgün məhsullar seçmək və tətbiq qaydalarına əməl etmək vacibdir.
Milli.Az xəbər verir ki, mütəxəssislər makiyajın uzunmüddətli qalması üçün aşağıdakı məsləhətləri verirlər:
Dəriyə qulluq edin - Makiyajdan əvvəl dəri təmizlənməli və nəmləndirilməlidir. Təmiz və yaxşı nəmlənmiş dəri makiyajın daha yaxşı oturmasına kömək edir.
Primer istifadə edin - Tonal kremdən əvvəl makiyaj bazası (primer) çəkmək məhsulların dəridə daha uzun qalmasını təmin edir.
Suya davamlı məhsullara üstünlük verin - Göz qələmi, tuş və tonal krem kimi əsas məhsulları suya davamlı seçmək daha uzunmüddətli effekt yaradır.
Makiyajı qat-qat tətbiq edin - Tonal krem, pudra və digər məhsulları nazik qatlarla çəkmək, onların dəridə qalma müddətini artırır.
Fiksator spreylərdən istifadə edin - Makiyajın son mərhələsində fiksator spreylərdən istifadə etməklə nəticəni gün boyu qorumaq mümkündür.
Bu sadə üsullar sayəsində makiyajınız daha davamlı olacaq və gün ərzində yeniləməyə ehtiyac qalmayacaq.
Asya
Milli.Az