AZ

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

 

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

 

Ərdoğan İsrailin İrana hücumlarının qəbuledilməz olduğunu, bu hücumların regional təhlükəsizliyə ciddi ziyan vurduğunu, İsrailin qlobal sabitlik və təhlükəsizliyi təhdid etdiyini bildirib.

 

Onun sözlərinə görə, İsrailin həyata keçirdiyi hücumlar İranın nüvə proqramı ilə bağlı kompromis axtarışlarına da zərbə vurur.

Tarix: 14 İyun 2025, 20:49   
Seçilən
4
5
pravda.az

6Mənbələr