AZ

Bakıda dəhşətli qəza: Piyada avtobusun altında qaldı - ANBAAN GÖRÜNTÜLƏR

Bu gün səhər saatlarında Bakının Həsən bəy Zərdabi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza 18 saylı marşrut xətti üzrə hərəkətdə olan avtobusun iştirakı ilə qeydə alınıb.

 

Bu barədə daşıyıcı şirkət məlumat verib.

 

Bildirilir ki, saat 07:45də piyadalar üçün nəzərdə tutulmayan ərazidən qaçaraq yolu keçmək istəyən iki nəfər qəflətən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman 30-35 km/saat sürətlə hərəkət edən avtobus onlardan birini vurub.

 

Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 14 İyun 2025, 20:47   
Seçilən
29
3
pravda.az

4Mənbələr