Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.