AZ

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

Çelsi"nin və Fransa millisinin sabiq yarımmüdafiəçisi Klod Makelele London klubuna yeni qapıçı almağı tövsiyyə edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Hazırda Mik Menyan hazırda dünyanın ən yaxşı qapıçılarından biridir. Məncə, "Milan" ən yaxşı qolkiperinin getməsini istəməz. Amma "Çelsi" onu heyətinə qata bilsə, əla olar. Çünki mükafatlar qazanmaq üçün yaxşı qapıçın olmalıdır. 

PSJ-yə baxın, onların heyəti gəncdir, amma heyətlərində Canluici Donnarrumma kimi əla qapıçı yer alır. "Çelsi"yə gələn mövsüm həm Çempionlar Liqasında, həm də Premyer Liqada titul uğrunda mübarizə aparmaq üçün qapıçı, hücumçu və ola bilsin ki, vinger lazımdır".

Daha öncə "göylər"in Fransa yığmasının qapıçısı üçün İtaliya nəhənginə müraciət etdiyi, lakin tərəflərin təzminat məsələsində razılığa gələ bilmədikləri açıqlanmışdı.

Qeyd edək ki, Menyanın "Milan"la müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.

Nihat

Seçilən
7
1
fanat.az

2Mənbələr