Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Qeyd edilib ki, prezidentlər Yaxın Şərqdə gərginləşən vəziyyəti müzakirə ediblər. Putin Trampa ötən gün İran Prezidenti və İsrailin Baş naziri ilə apardığı telefon danışıqları barədə məlumat verib.
Putin ABŞ Prezidentinə Rusiyanın İranın nüvə dosyesi ilə bağlı qarşılıqlı məqbul razılaşmalar tapmaq təklifini xatırladıb. Tramp Yaxın Şərqdəki vəziyyəti çox narahatedici qiymətləndirib. Prezidentlər İranın nüvə proqramı üzrə danışıqlar yoluna qayıtmağı istisna etməyiblər.
Putin Trampı ad günü və Amerika Bayrağı Günü münasibətilə təbrik edib.
Söhbət zamanı liderlər aktual məsələlərin həllinə imkan verən mövcud əlaqələrdən məmnunluqlarını ifadə ediblər.
Putin Trampa bildirib ki, Rusiya iyunun 22-dən sonra Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır.
Prezidentin köməkçisi Putin-Tramp telefon danışığının 50 dəqiqə davam etdiyini söyləyib.
TASS isə yazıb ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın prezidenti Donald Trampla telefon danışığı zamanı ölkəsinin İran və İsrail arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb.