Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "BMW" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü A.Əliyevə "saxla" işarəsi verilib.
Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib.
A.Əliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.