AZ

“Flamenqo” yenidən vahid lider oldu

ain.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Braziliya çempionatında 11-ci turun oyunlarından sonra turnir cədvəlinin ən yüksək pillələrində böyük dəyişikliklər baş verdi. "Football-plus.az" xəbər verir ki, “Palmeyras”ın növbəti uğursuzluğundan yararlanan “Flamenqo” vahid liderliyi yenidən ələ aldı.Hesabat turu ərəfəsində lider ilə əsas izləyicisi arasındadakı xal fərqi minimuma bərabər idi. Xatırladaq ki, 10-cu turun mərkəzi oyunu məhz bu komandalar arasında keçirilmiş, “Flamenqo” 2:0 hesablı qələbə ilə “Palmeyras”la xal fərqini birə endirmişdi. San paululular ardıcıl ikinci oyunda da hesabına xal yaza bilmədilər. “Kruzeyro” ilə səfər matçının onlar üçün çətin keçəcəyi gözlənilirdi. Leonardo Jardimin komandası tura liderdən 2 xal geri qalmaqla 3-cü yerdə başlamışdı. Belu orizontelilər ilk dəqiqələri fırtına kimi keçirdilər. Mövsümə məhsuldar başlayan Kayo Jorje ilk 4 dəqiqədə dubl etdi! Belə başlanğıcdan sonra bir müddət özünə gələ bilməyən qonaqlar tədricən təşəbbüsü ələ aldılar. Topa daha çox nəzarət edən Abel Ferreyranın komandası qapıya 5 dəqiq zərbə endirdi. Onlardan dördünü qapıçı Kassio dəf etdi. Fantastik startdan sonra hesabı qorumağa çalışan, bu məqsədlə müdafiə və əks-hücum haqda düşünən meydan sahiblərinin arxa xətti yalnız son dəqiqələrdə səhvə yol verdi. Amma Allanın qolu “Palmeyras” üçün kiçik təsəlli oldu. Ardıcıl ikinci məğlubiyyət vitse-çempionu liderlikdən 4-cü yerə saldı. “Kruzeyro” isə 2-ci pilləyə yüksəldi.“Palmeyras”ın növbəti məğlubiyyəti “Flamenqo”nun işinə yaradı. Filipe Luisin çalışdırdığı komanda evdə “Fortaleza”nın qapısından 5 cavabsız top keçirdi. Hesabı ilk hissədə De Arraskaeta açdı. Uruqvaylı yarımmüdafiəçi bu mövsüm A seriyasındakı qollarının sayını 9-a çatdırmaqla bombardirlərin siyahısında liderliyini qorudu. Qalan 4 qol fasilədən sonra vuruldu və “Flamenqo” liderliyi yenidən ələ aldı.“Palmeyras”ın büdrəməsindən “Braqantino” da maksimum yararlandı. Tura “Kruzeyro” kimi 20 xal toplamaqla 3-4-cü yerləri bölüşməklə başlayan komanda səfərdə “Vasku da Qama”nı iki cavabsız qolla məğlub etdi. “Braqantino” indi topların fərqinə əsasən 3-cü yerdədi.11-ci turKruzeyro - Palmeyras 2:1Kayo Jorje, 2; 4 – Allan, 87.Flamenqo - Fortaleza 5:0De Arraskaeta, 30. Evertton Arauxo, 48. Luiz Arauxo, 56; 74. Mikael, 71.Vasku da Qama - Braqantino 0:2Gilyerme, 2. Pitta, 34.İnternasyonal - Fluminense 0:2Serna, 11. Paulo Baya, 83.Seara - Atletiko Mineyro 0:1Roni, 78.Bayya - San Paulu 2:1Villian Joze, 53; 73-p. – Lusiano, 85-p.Korintians - Vitoriya 0:0Mirassol - Sport Resife 1:0Reynaldo, 34-p.Santos - Botafoqo RJ 0:1Artur, 86.Juventude - Qremio 0:2Breytveyt, 13-p. Olivera, 38.10-cu turdan təxirə salınan oyunBotafoqo RJ - Seara 3:2Mastriani, 45. Telles, 72-p. Freytas, 75 – Pedro Raul, 57; 87.1. Flamenqo 11 7 3 1 24-4 242. Kruzeyro 11 7 2 2 17-8 233. Braqantino 11 7 2 2 14-8 234. Palmeyras 11 7 1 3 12-8 225. Fluminense 11 6 2 3 15-12 206. Botafoqo RJ 11 5 3 3 14-7 187. Bayya 11 5 3 3 11-11 188. Mirassol 11 4 5 2 17-12 179. Atletiko Mineyro 11 4 5 2 11-10 1710. Seara 11 4 3 4 13-11 1511. Korintians 11 4 3 4 12-14 1512. Qremio 11 4 3 4 11-14 1513. San Paulu 11 2 6 3 9-11 1214. İnternasyonal 11 2 5 4 12-16 1115. Vasku da Qama 11 3 1 7 11-15 1016. Vitoriya 11 2 4 5 10-14 1017. Fortaleza 11 2 4 5 10-15 1018. Santos 11 2 2 7 8-12 819. Juventude 11 2 2 7 8-24 820. Sport Resife 11 0 3 8 5-18 3Bombardirlər: De Arraskaeta (Flamenqo) - 9, Kayo Jorje (Kruzeyro) - 8, Veqetti (Vasku da Qama) - 7, Reynaldo (Mirassol), Pedro Raul (Seara) - 6, Yuri Alberto (Korintians) - 5.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
icma.az

2Mənbələr