AZ

25 minlik spa və manikür üçün bir milyon...

...Bu gün bəzi ruslar tirə - “qəpiyə güllə atmağa gedərkən”, digər ruslar pullarınıxərcləməyə “yer tapmırlar” və ya elə yerlərə xərcləyirlər ki...

SİA rus saytlarına istinadən “rusiyalı məşhurlar”ın ən sərsəm xərcləmə vərdişləri haqqında məlumat verir,..deməli...

Olga Buzovanın manikür üçün 20 mindən çox...

Olga Buzova mütəmadi olaraq özünə göstərdiyi "kral"qayğısı ilə öyünür. 2023-cü ildə o, qadağan olunmuş sosial şəbəkədə 24.000 rubla dırnaqlarını çəkdirdiyi salondan bir hekayə yerləşdirib və "Mən kraliçayam, dırnaqlarım da eynidir" başlığını əlavə edib.

Buzovanın ayda iki dəfə manikür etdirdiyini nəzərə alsaq, o, təkcə dırnaqlarına ildə təxminən 600 min rubl xərcləyir.

Ayaqqabı dəlisi Yana Rudkovskaya...

Prodüser Yana Rudkovskaya ayaqqabı kolleksiyaçısıdır. “Tatler” jurnalına verdiyi müsahibədə o, yalnız 2022-ci ildə məhdud sayda Louboutin və Dior da daxil olmaqla bir milyon rubl dəyərində ayaqqabı aldığını etiraf edib.

Bəzi cütlərin qiyməti 300 mindir və ayrıca qarderobda saxlanılır.

Aleksandr Kokorin və Pavel Mamaev: 250 min avroya şampan...

Futbolçular Aleksandr Kokorin və Pavel Mamaev 2016-cı ildə Monte Karloda ziyafət təşkil edərək, ümumilikdə 250 min avroya 500 butulka şampan sifariş ediblər. Onların davranışı ictimaiyyətin qəzəbinə səbəb olub və Krasnodar FK rəhbərliyi Mamaevi Krasnodar-2 komandasına transfer edib.

Soçiyə şəxsi uçuş - Filip Kirkorov kimi...

2021-ci il Yeni Dalğa festivalı zamanı Kirkorov müntəzəm reyslə uçmaqdan imtina edib və məşqin başlanğıcına çatmaq üçün təxminən 3,5 milyon rubla şəxsi təyyarə icarəyə götürmüşdü. Onu iki stilist və işıqlandırma meneceri müşayiət edirdi.

1,2 milyon SPA: Nataşa Koroleva və hamam prosedurları

Müğənni Nataşa Koroleva etiraf edib ki, o, Altaydakı spa otelinə səyahətə 1,2 milyon rubl xərcləyib və orada Tibet üsulu ilə təmizlənmədən keçib.

Buraya fərdi buxar terapevti, pəhriz, palçıq sarğıları və hətta duz mağarasında masaj da daxildir.

...Məşhurların ödədiyi pul təkcə əşyaların və xidmətlərin qiyməti ilə bağlı deyil. Bu həm eqodan, həm də status nümayiş etdirməkdən gedir. Eyni zamanda, onların iştirak etdiyi qalmaqallı xəbərlər, qəribə də olsa, onların populyarlığını artırır - axı şırınga (...məqsədi istehlakçı seçimlərini formalaşdırmaq olan aqressiv və müdaxiləedici reklam –A.B.) bu gün istənilən valyutadan daha dəyərlidir.

Nazlı Almuradova

Seçilən
18
1
sia.az

2Mənbələr