İranın ali dini lideri Ayətullah Seyid Əli Xamenei Qurban və Qədr bayramları münasibətilə 1705 iranlı məhbusun əfv edilməsi təklifini təsdiqləyib.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.
Xamenei ondan xüsusi şərtlər altında məhbusları əfv etməyi xahiş edən Ədliyyə Başçısı Qulam Hüseyn Möhsün Ejeinin təklifindən sonra İranlı məhkumların əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsi ilə razılaşıb.
Bununla belə, əfv fərmanı bəzi kateqoriyalardan olan məhkumlara, o cümlədən silahlı narkotik vasitələrin qanunsuz dövriyyəsinə, silahların qanunsuz dövriyyəsinə, adam oğurluğuna, zorlama, silahlı soyğunçuluq, rüşvət alma, mənimsəmə, saxta sənədlər hazırlamaq, çirkli pulların yuyulması, iqtisadiyyatın pozulması, alkoqollu içkilərin qaçaqmalçılığı, malların mütəşəkkil qaçaqmalçılığına görə məhkum olunmuş şəxslərə şamil edilmir.