Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
finalAtletiko Urakan - Platense 0:1 (0:0)Atletiko Urakan (Buenos Ayres): Qalindes, İbanyes, Pelleqrino (Abila, 83), Pereyra, Gidara (De la Fuente, 72), Xil, Peres (Tissera, 72), Ursi (Alanis, 58), Milyeviç, Matsantti, Ramires (Sekeyra, 46).Platense (Buenos Ayres): Kossani, Silva (Elisalde, 50), Salomon, Vaskes, Saborido, Taborda (Sapiola, 83), Pikko, Errera (Xuares, 86), Maynero, Martines (Orsini, 86), Lotti (Sxor, 46).Qol: Maynero, 63.Vərəqələr: Gidara, 20. Silva, 25. Errera, 69. Milyeviç, 74. Kossani, 86. Maynero, 89. Xuares, 90+5 - sarı.Hakim: Fakundo Telyo.1 iyun. Santyaqo del Estero. 42000 tamaşaçı.İyunun 1-də Argentina çempionatının Apertura (açılış) adlanan ilk mərhələsi sona çatdı."Football-plus.az" xəbər verir ki, həmin gün keçirilən finalda qalib müəyyənləşdi.Əlbəttə, ölkənin heç bir nəhəng klubunun finalçıların sırasında görünməməsi diqqətdən yayına bilməzdi. Amma “Atletiko Urakan” ilə “Platense” həlledici oyuna, necə deyərlər, alınlarının təri ilə, layiqli şəkildə çıxmışdılar. Xatırladaq ki, A qrupunda 4-cü yeri tutan “Atletiko Urakan” 1/8 finalda “Deportivo Riestra”nı (3:2), 1/4 finalda “Rosario Sentral”ı (1:0), yarımfinalda isə “İndependyente”ni (0:0, p. – 6:5) mübarizədən kənarlaşdırmışdı. B qrupunu 6-cı yerdə başa vuran “Platense” isə əvvəlki mərhələlərdə “Rasinq”ə (1:0), “River Pleyt”ə (1:1, p.- 4:2) və “San Lorenso”ya (1:0) üstün gəlməklə böyük sürprizlərə imza atmışdı.Neytral meydanda - Santyaqo del Estero şəhərində keçirilən final qol vəziyyətləri baxımından kasad alındı. Hər iki komandanın arxa xətti hücumundan daha yaxşı təsir bağışladı. Doğrudu, “Atletiko Urakan” topa 61 faiz nəzarət etməklə rəqibi üzərində aşkar üstünlüyə malik oldu. Lakin 64 yaşlı Frank Kudelkanın çalışdırdığı komanda bu üstünlüyündən yararlana bilmədi. Hər iki tərəfin qapıya 3 dəqiq zərbə endirdiyini də qeyd edək. “Platense”nin qapıçısı Kossani bütün zərbələrin qarşısını aldı, onun amplua üzrə həmkarı Qalindes isə 63-cü dəqiqədə Mayneronun hesabı açmasına mane ola bilmədi. “Atletiko Urakan” bu qola cavab verə bilmədi və 43 yaşlı Serxio Qomesin komandası Aperturanın qalibi oldu. Əlavə edək ki, çempionatın Klausura (bağlanış) mərhələsinə iyulun 13-də start veriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.