AZ

"Sabah"da şok ayrılıq: Berezutski getdi...

“Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.

Axar.az klubun rəsmi hesabına istinadən xəbər verir ki, Masazır təmsilçisi rusiyalı mütəxəssislə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verib.

”Bayquşlar” Berezutskiyə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edib.

Qeyd edək ki, Vasili Berezutski 2024-cü ilin noyabrın 25-dən “Sabah”ın baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında ilk dəfə Azərbaycan Kubokunu qalibi olub.

Seçilən
37
2
axar.az

3Mənbələr