AZ

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

"Sportinq"in isveçli hücumçusu Viktor Dyökereş "Mançester Yunayted"in təklifini geri çevirib.

Fanat.Az "Record"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun agentləri artıq onun qərarını "qırmızı şeytanlar"a çatdırıblar.

MY-nin bu keçid üçün qarşı tərəfə 71,4 milyon avro ödəməyə hazır olduğu bildirilirdi.

Qeyd edək ki, Dyökereş geridə qalan mövsümdə Portuqaliya çempionatında 39 qola inza atıb. O, ardıcıl ikinci dəfə yarışın bombardiri olub.

Seçilən
9
1
fanat.az

2Mənbələr