AZ

Yeniyetmə dənizdə boğularaq öldü

Lənkəranda bir nəfər dənizdə boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Lənkəran şəhərinin “Kiçik Bazar” deyilən ərazisində Sahil küçəsində dənizdə 2011-ci il təvəllüdlü Yusif Kazımzadə Elməddin oğlu boğularaq ölüb. Əraziyə FHN-nin dalğıc-axtarış qrupunun cəlb olunub və yeniyetmənin meyiti dənizdən çıxarılıb.

Meyit təcili tibbi yardım avtomobili ilə Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Onu da bildirək ki, yeniyetmənin ailənin tək övladı olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
5
heftelik.az

10Mənbələr