BAKI, 14 iyun. TELEQRAF
Pentaqon rəhbəri Pit Heqset İranın ABŞ hərbi bazalarına hücum ehtimalının yaxşı fikir olmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, "Fox News" telekanalına müsahibəsində belə deyib.
P.Heqset bildirib: "İrana aydın olmalıdır ki, diqqətini ABŞ-yə yönəltməməlidir. Bu, pis fikir olardı".
O, Pentaqonun real vəziyyəti izlədiyini və “bütün səviyyələrdə” monitorinq apardığını vurğulayıb.