Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı olub.
Adalet.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Telefon danışığı zamanı İsrail və İran arasındakı gərginlik, regional və qlobal məsələlər müzakirə edilib.
Ərdoğan İsrailin bölgənin sabitliyi və təhlükəsizliyini təhdid etdiyini, gərginliyin azaldılması üçün onun zərbələrinin dayandırılmasının vacibliyini bildirib.
Türkiyə lideri beynəlxalq ictimaiyyətin Fələstindəki işğala göz yummasının İsraili aqressiv nöqtəyə gətirdiyini vurğulayıb, ABŞ və İran arasında nüvə danışıqları yolu ilə kompromisə doğru axtarışların davam etdiyi bir vaxtda İsrailin İrana hücumunun sülh səylərini sarsıtmaq məqsədi daşıdığını qeyd edib.
Ərdoğan həmçinin bölgənin yeni böhrana dözə bilməyəcəyini, dağıdıcı müharibənin qanunsuz miqrasiya dalğası yarada biləcəyini qeyd edib.