Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan ostanında İsrailin zərbələri nəticəsində ən azı 30 hərbçi və Qızıl Aypara cəmiyyətinin bir əməkdaşı ölüb.
Bakupost.az xəbər verir ki, bu barədə əyalətin qubernatoru məlumat verib.
O, hücum nəticəsində 55 nəfərin yaralandığını bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Ötən gün gecə saatlarında isə İran cavab olaraq İsrailin paytaxtı Təl-Əvivi raketlərlə vurub. Toqquşmalar hələ davam etməkdədir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.