AZ

“1 gecədə 5 dəfə sığınacağa qaçdım”

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi bildirib ki, İranın İsrailə cavab zərbələri nəticəsində bir gecədə 5 dəfə bomba sığınacaqlarına qaçmağa məcbur olub.

Ölkə.Az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Bu gecə İsraildə çox ağır keçdi”, - deyə Hakkabi qeyd edib.

Onun sözlərinə görə, yəhudilərin istirahət günü olan şənbə (Şabbat) sakit keçməli idi, lakin “ehtimal ki, elə olmayacaq”.

Mayk Hakkabi İsrailin qatı tərəfdarı kimi tanınır və bir dəfə “fələstinli anlayışı yoxdur” bəyanatı ilə gündəmə gəlib.

Qeyd edək ki, çərşənbə günü ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyi Yaxın Şərqdə yerləşən bir sıra məntəqələrdən ikinci dərəcəli heyətin təxliyəsini həyata keçirmişdi. Bu, İsrailin öz hücumlarını həyata keçirməsindən iki gün əvvəl baş vermişdi./musavat.com 

Seçilən
4
4
olke.az

5Mənbələr