BAKI, 14 iyun. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefonla danışıb.
Teleqraf “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər İsrail-İran münaqişəsi, regional və qlobal problemləri müzakirə ediblər.
Türkiyə lideri bildirib: “Bölgənin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhlükə İsraildir. Gərginliyin azaldılması üçün İsrailin dayandırmaq lazımdır”.