İngiltərənin "Mançester Siti" komandasının futbolçuları "şəhərlilər"in heyətində son matçından əvvəl kapitan Kevin De Bruyne ilə paltardəyişmə otağında vidalaşıblar.
Bu barədə Oxu.Az championat.com-a istinadən xəbər verir.
Mayın 20-də belçikalı yarımmüdafiəçi İngiltərə Premyer Liqasında "Mançester Siti"nin heyətində son matçını "Bornmut"a qarşı keçirib.
Oyun 3:1 hesabı ilə Xosep Qvardiolanın komandasının xeyrinə başa çatıb.
Futbolçular oyundan əvvəl paltardəyişmə otağında belçikalının şərəfinə şüarlar səsləndiriblər, Qvardiola isə sonuncu dəfə De Bruynenin olduğu heyəti açıqlayıb.
Xatırladaq ki, iyunun 12-də De Bruyne İtaliyanın "Napoli" klubu ilə müqavilə imzalayıb.