AZ

Duqlas Luiz İngiltərəyə qayıda bilər

"Yuventus"un yarımmüdafiəçisi Duqlas Luiz yenidən İngiltərə Premyer Liqasında çıxış edə bilər.

90deqiqe.Az-ın "Give me Sport"a istinadən yaydığı məlumata görə, braziliyalı futbolçu ilə İngiltərə Premyer Liqasının yeni üzvü "Lids Yunayted" maraqlanır.

Mənbənin məlumatına əsasən, Turin təmsilçisi təxminən 35 milyon avroya futbolçu ilə yollarını ayırmağa hazırdır.

Xatırladaq ki, bir il əvvəl "Yuventus" Luizi "Aston Villa"dan 51,5 milyon avroya transfer etmişdi.Qeyd edək ki, daha əvvəl futbolçu ilə "Mançester Yunayted"in də maraqlandığı bildirilmişdi.

Ötən mövsüm braziliyalı "Yuventus"un heyətində 26 matçda iştirak edib və bir qol da vurmayıb.

Seçilən
26
90deqiqe.az

1Mənbələr