AZ

Tottenhem 20 yaşlı hücumçuya 35 milyon avro ödəyəcək

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Tottenhem" icarə əsasında komandada çıxış edən Matis Telin transferini rəsmiləşdirəcək.

İdman.biz xəbər verir ki, onun məxsus olduğu "Bavariya"ya 35 milyon avro ödənəcək.

London klubunda fransalı hücumçunun çıxışından razı qalıblar. Avropa Liqasının qalibi 20 yaşlı futbolçunun transfer edilməsinə qərar verib.

Qeyd edək ki, Tel bu ilin fevralında "Bavariya"dan icarəyə götürülüb. O, 20 oyunda 3 qol və bir ötürmə ilə yadda qalıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
icma.az

2Mənbələr