AZ

İran XİN: Əsas məqsədimiz ABŞ ilə danışıqlar deyil, İsrailin aqressiyasına qarşı durmaqdır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"İran hesab edir ki, İsrail tərəfdən aqressiya davam etdikcə ABŞ ilə danışıqların heç bir mənası yoxdur".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, İranın əsas məqsədi yəhudi dövlətinə qarşı durmaqdır.

"Diplomatiya və sülh düşmənləri İran xalqını amansız müharibəyə sürükləyiblər, ABŞ isə dialoq və diplomatiya ilə bağlı bütün bəyanatlarına baxmayaraq, İranın mülki nüvə obyektlərini hədəf almış sionist rejimin aqressiyasını dəstəklədi. Aydındır ki, belə bir şəraitdə və sionist rejimin İran xalqına qarşı aqressiyası dayandırılana qədər aqressorun ən böyük tərəfdaşı və şəriki olan tərəflə dialoq aparmaq mənasızdır", - deyə Baqai bəyanatında bildirib.

"İndiki şəraitdə əsas məqsədimiz düşmənin aqressiyasına qarşı durmaqdır", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
oxu.az

1Mənbələr