AZ

"Ferrari" Le Manda xüsusi buraxılış 296 Spesiale modelini təqdim edib - FOTO

"Ferrari" bu həftə sonu keçirilən əfsanəvi Le Man 24 Saat yarışının təşkil olunduğu "Sürküi de Sarte" trekində xüsusi buraxılış 296 Spesiale modelini təqdim edib.

90deqiqe.Az xəbər verir ki, avtomobil Ferrari Tailor Made proqramının tərkib hissəsi olaraq hazırlanıb və Piloti Ferrari konfiqurasiyasında təqdim olunub.

Yeni model "Skuderiya Ferrari"nin Dünya Dözümlülük Çempionatında (WEC) əldə etdiyi qələbələri qeyd etmək məqsədi daşıyır. Avtomobilin görünüşü 2023-cü ildə Alesandro Per Guidi, Ceyms Kalado və Antonio Covinatsi tərəfindən Le Manda birinci yerə çıxarılan Ferrari 499P nömrə 51 hiperkarına istinad edir.

Yarış təcrübəsi olan sürücülər üçün nəzərdə tutulan bu xüsusi buraxılış, Rosso Skuderiya, Blu Tur de Frans, Nero Dayton və Arcento Nürburqrinq kimi rəng çalarlarında da təqdim olunacaq.

Texniki göstəricilər baxımından 296 Spesiale, 2025-ci ilin aprelində təqdim edilmiş əsas versiyadan fərqlənmir. Model 648 kVt (880 at gücü) gücündə V6 tvin-turbo mühərrikə əsaslanan hibrid güc aqreqatı ilə təchiz olunub. 296 GTB ilə müqayisədə mühərrik daha yüngüldür və Formula 1 texnologiyalarından ilhamlanmış komponentlərdən istifadə olunur.

Yeni model 296 GTB-dən həm daha yüngüldür, həm də 20 faiz daha çox yerə endirmə qüvvəsi yaradır. Ferrari 296 Spesiale 0-dan 100 km/saat sürətə cəmi 2,8 saniyəyə çatır, maksimal sürəti isə 330 km/saatı ötür.

Seçilən
12
90deqiqe.az

1Mənbələr