AZ

“Tehran artıq qorunmur” – İsrail ordusundan ŞOK VİDEO

İsrail Müdafiə Qüvvələrinin (CAXAL) rəsmi açıqlamasına görə, İranın paytaxtı Tehran artıq İsrail hücumları qarşısında toxunulmaz deyil. Son hava əməliyyatı nəticəsində şəhər hədəfə çevrilib və ciddi zərbələr alıb.

KONKRET.az xəbər verir ki, bildirilir ki, İsrail Hərbi Hava Qüvvələri (HHQ) bir neçə mərhələdən ibarət olan hücumlar həyata keçirib. 70-dən çox döyüş təyyarəsi gecə saatlarında Tehran üzərində əməliyyat apararaq 50-dən çox strateji obyekti – o cümlədən raket qurğularını – məhv edib. Ümumilikdə 150-dən çox hədəf və 400-dən artıq komponent sıradan çıxarılıb.

İsrail pilotları Tehranın hava məkanında iki saat yarım müddətində maneəsiz hərəkət edib. Əməliyyat başladıqdan bəri onlarla təyyarə şəhər üzərində sərbəst fəaliyyət göstərir.

Bu, İsrailin indiyədək İran ərazisinə endirdiyi ən dərin və genişmiqyaslı hava hücumu hesab olunur. CAXAL vurğulayır ki, hava məkanında tam nəzarətin ələ keçirilməsi gələcək təhdidlərin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Məlumata görə, İsrail HHQ və Kəşfiyyat İdarəsi bu əməliyyata illərlə hazırlaşıb. “Tehran artıq toxunulmaz deyil. İrana zərbələrimiz davam edəcək”, – deyə İsrail ordusunun açıqlamasında bildirilib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
konkret.az

1Mənbələr