AZ

Dünya çempionatı: Azərbaycanın 2 cüdoçusu mübarizəni erkən dayandırdı

Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulub.
 
Yarışın ikinci günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatamiyə çıxıblar.
 
Hər iki cüdoçu erkən mərhələdə mübarizəni dayandırıb - R.Paşayev 1/8 finalda, G.Məmmədəliyeva isə 1/32 finalda rəqiblərinə məğlub olublar.
 
Xatırladaq ki, bir gün əvvəl də Azərbaycanın üç cüdoçusu yarışa qatılmış, lakin mükafatçılar sırasına düşə bilməmişdi.
 
Ümumilikdə dünya çempionatında Azərbaycanı fərdi yarışlarda 13 cüdoçu (9 kişi, 4 qadın) təmsil edir. Milli komanda həmçinin qarışıq komanda yarışında da gücünü sınayacaq.
 
09:12
 
Bu gün Azərbaycanın daha iki cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə böyüklər arasında keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, ikinci yarış günündə Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) tatami üzərinə çıxacaqlar.
 
Paşayev 1/32 finalda Ronald Limanın (Braziliya) müqavimətini qırmağa çalışacaq. Məmmədəliyeva isə eyni raundda Sofiya Asvesta (Kipr) ilə üz-üzə gələcək.
 
Ötən gün mübarizəyə start verən təmsilçilərimizdən Əhməd Yusifov (60 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarışı mükafatsız başa vurublar.
 
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edəcək. Yığmamız həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
Seçilən
35
1
moderator.az

10Mənbələr