
Vyetnam BRİKS assosiasiyasına tərəfdaş ölkə kimi qoşulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi rəsmi üzvlüyünü elan edir”, - məlumatda deyilib.
Qeyd edək ki, Vyetnam BRİKS-in onuncu tərəfdaşı oldu. Bəyanatda qeyd edilir ki, qərar Hanoyun daha əhatəli və təmsilçi beynəlxalq nizam öhdəliyini bölüşdüyü üçün verilib.
2025-ci ildə assosiasiyaya Braziliya sədrlik edəcək.