İsrailin İrana hücumları onun nüvə proqramını dayandırmaq səyləri çərçivəsindən çıxır.
AzPost bildirir ki, bu barədə Reuters yazır.
Agentlik bildirir ki, zərbələrin miqyası, hədəflərin seçimi və İsrail siyasətçilərinin ritorikası daha iddialı məqsədə – sabitliyin pozulmasına və ola bilsin ki, İran rejiminin devrilməsinə işarə edir.
Reuters agentliyinin məlumatına görə, İranın hərbçilərinə və alimlərinə zərbələr hökumətin ölkə daxilində nüfuzunu sarsıda və regionda təsirini zəiflədə bilər.
Ekspertlər hesab edir ki, bu, rejimin sabitliyini poza bilər, lakin xəbərdarlıq edirlər ki, hakimiyyət dəyişikliyi daha da radikal hökumətə gətirib çıxara bilər.